Fərid Qayıbov Binə Atçılıq Mərkəzində

saytların hazırlanması

Evə çatdırılma

Fərid Qayıbov Binə Atçılıq Mərkəzində

İdman

28 Dekabr 2021 18:26 889


Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) fəaliyyəti ilə tanış olub.

Nazirliyin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, F.Qayıbov əvvəlcə Binə Atçılıq Mərkəzində yaradılmış şəraitlə maraqlanıb, idmançıların məşq prosesini izləyib.

Federasiyanın baş katibi Bəhruz Nəbiyev ARAF-ın fəaliyyəti və bu idman növünün inkişafı üçün görülən işlər barədə məlumat verib. Toyuqlu pizza

Nazir çövkən, polo və cıdır yarışlarının keçirildiyi qapalı və açıq manejlərə baxıb, burada atçılıq idman növünün inkişafı üçün yaradılmış şəraitlə maraqlanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!