Fermada ana və oğlunu bıçaqlayan şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Fermada ana və oğlunu bıçaqlayan şəxs tutuldu

Kriminal

18 Aprel 2022 11:44 774


Lənkəranda fermaya silahlı basqın edən şəxs tutulub.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev deyib.

O qeyd edib ki, rayonun Tükəvilə kənd sakini Firqət Kəlbiyev aprelin 18-i gecə saatlarında rayonun Separadi kənd sakini V.Məmmədova məxsus həmin kənddə yerləşən fermaya gələrək aralarında baş verən mübahisə zəminində sonuncuya və onun anası C.Məmmədovaya bıçaqla xəsarətlər yetirilib. pizza hut

Hadisəni törədən F.Kəlbiyev özü də həmin vaxt taxta parçası ilə xəsarət alıb.

Həmin şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!