“Fərqlənmə nişanı“nı kimlər ala bilər?   - Cavab

saytların hazırlanması

Evə çatdırılma

“Fərqlənmə nişanı“nı kimlər ala bilər? - Cavab

Sosial

18 Aprel 2020 12:13 2830


“Bu gün “Fərqlənmə nişanı”nın verilməsi şirkətlər vasitəsilə həyata keçirir. Lakin vətəndaşın son 9 ayda davamlı olaraq “Fərqlənmə nişanı” alıb-almaması mühim məsələdir.Məsələn, insanlar var ki, taksi fəaliyyəti ilə məşğul olmayıblar, sadəcə bilirlər ki, hərəkət məhdudiyyəti olan zaman “Fərqlənmə nişanı” olan şəxs sərbəst hərəkət edə bilirlər, ona görə də bundan sui-istifadə etməyə çalışır. Yaxud sürücülər var ki, uzun müddət taksi fəaliyyəti ilə məşğul olublar, lakin bu fəaliyyət həmişə qeyri-qanuni olub, indi yadlarına düşüb ki, “Fərqlənmə nişanı” almaq lazımdır. Lakin bu gün fərqlənmə nişanı almaq taksi fəaliyyəti ilə məşğul olmaq üçün yetərli deyil”. 

Bunu Yenisabah.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O, səbəbi “Fərqlənmə nişanı”nın sadələşdirilmiş vergi növü olması ilə izah edib: “Vergisini ödəyib avtomobili üçün bir aylıq “Fərqlənmə nişanı”nı alır. Daha sonrakı prosedur ondan ibarətdir ki, e-gov.az-da qeydiyyatdan keçməlidir. Hazırda reallıq ondan ibarətdir ki, bu fəaliyyətlə məşğul olanların heç birində elektron və ya ASAN imza yoxdur. O olmadığı üçün onlar icazə portalından qeydiyyatdan keçə bilmirlər. Ona görə də ailə büdcəsi həqiqətən də taksidən formalaşan vətəndaşlar problem yaşamasın deyə şirkət vasitəsilə müraciət etməlidirlər. Bugünədək “Fərqlənmə nişanı”nı daim almış şəxs əməkdaşlıq etdiyi hər hansı bir taksi şirkəti ilə sənədlərini təqdim edə bilər. Belə olan halda rahatlıqla proses yerinə yetiriləcək. Bu gün bir sürücü 10-15 şirkətlə əməkdaşlıq edir, bunu etmək o qədər də çətin olmaz” 

Sayad Həsənli pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!