Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.
"Yeni Sabah" xəbər verir ki, yeni səfir Dunkan Normandır.
Bu barədə o, "X" hesabında paylaşım edib: Dominos pizza
“Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram! Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”.
Yeni səfir Dunkan Norman 2026-cı ilin may ayında vəzifəsini icra etməyə başlayacaq.
Telegram kanalımız