“Fəryad 2” filmində çəkilmək istəyənlərin NƏZƏRİNƏ

saytların hazırlanması

Evə çatdırılma

“Fəryad 2” filmində çəkilmək istəyənlərin NƏZƏRİNƏ

Mədəniyyət

28 İyul 2021 23:30 3209


“Fəryad 2” filminin kütləvi səhnələrinin çəkilişi üçün 40-65 yaş arası kişilər axtarılır.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkədə kastinq şirkəti elan yayıb. Bildirilib ki, məşhur “Fəryad” filminin ikinci hissəsi çəkilir. Ekran işində rol alacaq şəxslərə qonorar veriləcək.

“Ümumilikdə, 900 nəfərə ehtiyac var. Onlardan 500-600 nəfəri bəy, digərləri xanımdır. Bunun üçün iştirak edən şəxslərə 8 saat ərzində 15 manat ödəniş olacaq. 8 saat tamam olduqdan sonra hər saata görə əlavə olaraq 1 manat ödəniləcək. İştirakçıların qidası sifarişçi şirkət tərəfindən təmin olunacaq. Burada heç kim iştirakçıdan hansısa ödəniş tələb edə bilməz”, - elanda bildirilib. pizza

Qeyd edək ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunur./kulis


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!