Fəxrəddin Altun Dövlət Departamentinə sərt cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Fəxrəddin Altun Dövlət Departamentinə sərt cavab verdi

Dünya

04 Avqust 2021 17:51 892


 

“Türkiyə heç kimin gözləmə otağı deyil və olmayacaq”.

Yenisabah.az “Bloomberg”ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib. Pepperoni pizza

O, Əfqanıstan vətəndaşlarının Türkiyə də daxil olmaqla, üçüncü ölkələr vasitəsi ilə ABŞ-a miqrasiya edə biləcəyi açıqlamasını şərh edib.

Altun deyib: “ABŞ Dövlət Departamentinin bu dövlət tərəfindən maliyyələşdirilən layihə və təşkilatlarda çalışan bəzi Əfqanıstan vətəndaşlarının üçüncü ölkələrə gedərək ABŞ-dan sığınacaq istəyə biləcəyi ilə bağlı çağırışı bizi çox narahat edir. Bölgəmizdəki şərtləri və ölkəmizin illərdir 4 milyondan çox qaçqına ev sahibliyi etdiyini nəzərə alsaq, nizamsız köçü təşviq edəcək belə bir çağırış qəbuledilməzdir. Sərhəd təhlükəsizliyimizi qorumaq üçün bütün gücümüzlə işləməyə davam edəcəyik”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!