Fəxrəddin Manafovun SON DURUMU

saytların hazırlanması

Evə çatdırılma

Fəxrəddin Manafovun SON DURUMU

Mədəniyyət

16 İyul 2021 13:44 1854


“Yalan ayaq tutar yeriməz, deyir atalar... Bizdə isə bəzən yalan ayaq tutur, hətta bir az yeriyir də. Elə bugünkü xəbər kimi... Bəzi saytlarda Fəxrəddin Manafovun xəstəliyi ilə bağlı xəbərlər yayıldı. Yazılanlara görə, nəsə allergik xəstəliyə tutulan aktyor təcili xəstəxanaya yerləşdirilib. Açığı, xəbərdən xeyli məyus oldum və aktyorla, daha dəqiq, dostumla əlaqə saxladım.

Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran instaqramda yazıb.

O, Xalq artistinin vəziyyətinin yaxşı olduğunu bildirib: pizza sifarişi

“Səsi pis gəlmirdi. Evdə idi, istəmədim qanını qaraldım. Səsindən hiss etdim ki, yayılan xəbərlərdən heç məlumatı belə yoxdur. “Gəl, bir çay içək”, - dedi. Getdim, görüşdük. Nəsə sözlü adama oxşadığımı hiss etdi. Gizlədə bilmədim mən də, xeyli güldük. “Görürsən də ay Nuran... Deyəsən, gündəm yoxdur axı” cavabını verdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!