FHN Abşeronda ev əşyalarını balkondan atan qadınla bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

FHN Abşeronda ev əşyalarını balkondan atan qadınla bağlı məlumat yaydı

Hadisə

27 Oktyabr 2021 22:58 812


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində Abşeron Gənclər Şəhərciyinin ərazisindəki çoxmərtəbəli binada 1 nəfərin intihara təşəbbüs etməsi barədə məlumat daxil olub.

FHN-dən Yenisabah.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, bina sakinlərindən biri ictimai əsayişi pozaraq (ev əşyalarını eyvandan atmaqla) insanların həyat və sağlamlığı üçün təhlükə törətməklə yanaşı, intihara təşəbbüs niyyətini nümayiş etdirir. pizza

Xilasedicilərdən bir neçəsi intihara cəhd edən şəxsin diqqətini yayındırmaq məqsədilə onunla ünsiyyət qurmağa müvəffəq olub, həmin vaxt qalan xilasedicilər tərəfindən xilasetmə və digər zəruri tədbirlər, o cümlədən təhlükəsizlik çadırının çəkilməsi təmin edilib. Ətrafda olan insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan sonra, xilasedicilər mənzilin qapısını açıb polis əməkdaşlarının içəri daxil olmasına şərait yaradıblar. Vətəndaş polis əməkdaşları tərəfindən saxlanılaraq zərərsizləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!