FHN Böyük Şor gölündə təmizləmə işlərinə başladı - Video

saytların hazırlanması

Evə çatdırılma

FHN Böyük Şor gölündə təmizləmə işlərinə başladı - Video

Sosial

09 İyul 2020 19:33 1018


Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış fəsadların aradan qaldırılması üçün təmizləmə işlərinə başlayıb. 

Yenisabah.az xəbər verir ki, hazırda göldəki çirkab qatının təmizlənməsi prosesi aparılır. 

Əraziyə FHN-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda göldəki tullantılar çıxarılır və ərazidən daşınır. Marqarita pizza

Qeyd edək ki, bir neçə gün əvvəl Bakını kəskin qoxu bürümüşdü. Bununla bağlı açıqlama yayan Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəskin qoxunun səbəbinin Böyük Şor gölündən qaynaqlandığını qeyd etmişdi.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!