FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı

Hadisə

26 İyun 2023 10:03 2049


Fövqəladə Hallar Nazirliyi (FHN) Naxçıvanda baş verən yol qəzası ilə bağlı məlumat yayıb. 

Nazirlikdən Yenisabah.az-a verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinəKəngərli rayonunun Xok kəndində yol-nəqliyyat hadisəsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizlik İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. pizza hut

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Volkswagen” və “Hyundai” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birində 5 nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə, 3 nəfərin meyiti nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin yanğınsöndürən-xilasedicilər tərəfindən hadisə yerində müvafiq yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!