Fidan: 3 dövlət əməkdaşlığı dərinləşdirmək üçün Yol Xəritəsi hazırlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Fidan: 3 dövlət əməkdaşlığı dərinləşdirmək üçün Yol Xəritəsi hazırlayacaq

Dünya

29 Yanvar 2025 13:11 170


Tədarük zənciri və bölgəmizdə baş verən münaqişələr Türkiyəni, Cənubi Qafqazı, Orta Dəhlizi ən etibarlı ticarət marşrutu halına gətirib.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşünün açılış mərasimində bildirib.

O qeyd edib ki, enerji böhranı Cənubi Qafqaz və Mərkəzi Asiyanın geostrateji əhəmiyyətini artırıb və Türkiyəni enerji mərkəzinə çevirib. pizza mizza

Nazirin sözlərinə görə, üç ölkə iclasın nəticələrinə əsaslanaraq əməkdaşlığı dərinləşdirmək üçün Yol Xəritəsi hazırlayacaq.

Hakan Fidan bu formatdakı iclasların Türküstan, Cənubi Qafqaz və Anadolunun nəqliyyat və enerji bağlılığını gücləndirəcək layihələrin ələ alınması baxımından əlverilişli platforma olduğunu da vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!