Fidan: Ankaranın Suriya yanaşması dəstəklənir

saytların hazırlanması

Evə çatdırılma

Fidan: Ankaranın Suriya yanaşması dəstəklənir

Dünya

11 Dekabr 2024 13:10 290


Böyük təşkilatlar və ölkələrin rəhbərliyi ilə təmsil olunan beynəlxalq ictimaiyyət Suriyada Ankaranın formalaşdırdığı siyasi nizamlanma prinsiplərinin həyata keçirilməsini dəstəkləyir.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“İşləyirik və Aİ-nin Ali Nümayəndəsi, BMT-nin baş katibi, Yaxın Şərq və Amerikadan nazirlər zəng edir. Hamını ümumi məqsəd ətrafında birləşdirməyə və Suriyada ölkənin aktual iqtisadi, maliyyə və infrastruktur çağırışlarına dərhal cavab verən siyasətləri həyata keçirməyə çalışırıq. Qaçqınların qayıtdığı, terrorun olmadığı, qonşulara təhlükənin olmadığı, qeyri-inklüziv inzibati strukturun yaradılmadığı, azlıqlara bərabər münasibətin göstərildiyi, hamının təhlükəsiz olacağı, mülkiyyət hüquqlarının təmin ediləcəyi ölkə istəyirik”, - deyə Fidan parlamentdə Türkiyənin Suriya siyasəti ilə bağlı deputatların suallarını cavablandırıb. Dördpendirli pizza

Nazir vurğulayıb ki, “bu fikirləri Ankara formalaşdırıb” və ölkənin tərəfdaşları bu prinsiplərin “həyata keçirilməsində tamamilə yekdildir”.

"Başqa sözlə, Dəməşqdə formalaşan administrasiya bu prinsiplər əsasında fəaliyyət göstərdikcə, beynəlxalq ictimaiyyət Türkiyənin irəli sürdüyü konsepsiyanı dəstəkləməyə davam edəcək”, - deyə nazir əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!