Fidan Blinkenlə danışıqlar apardı

saytların hazırlanması

Evə çatdırılma

Fidan Blinkenlə danışıqlar apardı

Siyasət

12 Avqust 2024 21:03 731


Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin müşaviri Öncü Keçeli bildirib.

Müşavirin sözlərinə görə, söhbət əsnasında İsraillə HƏMAS arasındakı danışıqlar prosesi və bölgədəki son vəziyyət müzakirə edilib. pizza

Bundan başqa, Hakan Fidan bölgədə artan gərginliyin narahatlıq doğurduğunu, İsrail-Fələstin qarşıdurmasında təcili olaraq davamlı atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!