FİFA prezidenti “Qarabağ“ı təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

FİFA prezidenti “Qarabağ“ı təbrik etdi

İdman

11 May 2022 10:48 201


FİFA-nın prezidenti Canni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünün qalibi olması münasibətilə təbrik edib.

Yenisabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Qarabağ” FK-nı 2021/2022-ci il mövsümündə Azərbaycan çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm! pizza sifarişi

Bütün komandanın gərgin əməyi, şövqü və fədakarlığı olmadan belə nəticəyə nail olmaq mümkün olmazdı və klubun hər bir üzvü böyük qürur hissi keçirə bilər. Zəhmət olmasa, mənim təbrikimi bu möhtəşəm zəfərin qazanılmasında pay sahibi olan hər kəsə çatdırın.

Fürsətdən istifadə edərək sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropa futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm.

Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm.

Hörmətlə,
Gianni İnfantino 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!