FIFA reytinqi açıqlandı: Millimiz neçəncidir?

saytların hazırlanması

Evə çatdırılma

FIFA reytinqi açıqlandı: Millimiz neçəncidir?

İdman

26 Avqust 2022 00:56 1191


Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi dəyişməz qalıb.

Yenisabah.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu millimiz 1127 xalla 128-ci sırada qərarlaşıb.

Yığmanın UEFA Millətlər Liqasındakı rəqiblərdən Slovakiya 1439 xalla 50-ci, Belarus 1226 xalla 96-cı, Qazaxıstan isə 1166 xalla 114-cü yerdədir. Sezar pizza

1475 xala malik Türkiyə seçməsi 42 sıradakı mövqeyini qoruyub.

Reytinqin ilk pilləsində də dəyişiklik baş verməyib. Braziliya millisi (1837) siyahıya başçılıq edir. 1821 xala malik Belçika 2-ci, 1770 xalı olan Argentina isə 3-cü pillədədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!