Finlandiya prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana gələcək

saytların hazırlanması

Evə çatdırılma

Finlandiya prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana gələcək

Siyasət

30 Sentyabr 2024 21:55 420


"Finlandiya Prezidenti Aleksandr Stubb bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün Azərbaycana səfər edəcək".

Bu barədə "Report"a açıqlamasında Finlandiyanın Azərbaycan və Cənubi Qafqazın digər ölkələrindəki səfiri Kirsti Narinen bildirib.

Toyuqlu pizza

"Prezidentimizin COP29-da iştirakı göstərir ki, iqlim problemləri, o cümlədən iqlim dəyişikliyinin təsirləri, təsirlərin yumşaldılması və uyğunlaşma Finlandiya üçün böyük əhəmiyyət kəsb edir. Biz, həmçinin konfransa bir qrup ekspert və biznes nümayəndə heyətini göndərəcəyik. Bizim Aİ çərçivəsində keçirilən tədbirlərdə iştirakla bağlı böyük ənənəmiz var və bu cür konfranslarda konkret nəticələr əldə etməyə çalışırıq. Tədbirə öz töhfəmizi vermək istəyirik və uğur qazana biləcəyimizə əminik", - o deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!