Bu gün Azərbaycanın xalq artisti, Azərdbaycan Dövlət Mükafatı laureatı Yaşar Nurinin ad günüdür.
Yenisabah.az xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə mərhum həmkarı ilə bağlı paylaşım edib:
“Əvəzolunmaz sənətkarımızın bu gün 70 yaşı tamam olur. Kaş sağ olaydın, 60 illik yubileyindəki kimi bu günü də doğmalarınla, əzizlərinlə bir yerdə qeyd edərdik. Amma səni hörmət və ehtiramla yad edirəm, əziz insan, Allah sənə rəhmət etsin. Məkanın cənnət olsun. Allah balalarını, yoldaşını, nəvəni qorusun”. Dominos pizza
Xatırladaq ki, Yaşar Nuri 2012-ci il noyabrın 22-də, 61 yaşında uzun sürən ağır xəstəlikdən sonra Bakıda dünyasını dəyişib.
O, İkinci Fəxri Xiyabanda dəfn edilib.
Telegram kanalımız