Flora Kərimova arxiv görüntülərindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Flora Kərimova arxiv görüntülərindən danışdı

Şou

04 May 2022 11:44 227


Xalq artisti Flora Kərimova 14 yaşında çəkilmiş arxiv videosuna gələn mənfi rəyləri cavabsız qoymayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Xalq artisti sosial media hesabında paylaşım edib.

“Məcburən İkinci Dünya müharibəsinə qatılan və savaşdan 300 mindən çox itki ilə çıxmış, tükənmiş bir məmləkətin övladı idim. 14 yaşım olardı, bəlkə bir qədər çox. Anam əynimdəki çit donu əlləri ilə tikmişdi. Kimsə də üzərimə sari dolamışdı. İndiyə kimi səbəbini də bilmirəm. Mənim üçün o an o səhnədə olmaqdan daha ali bir hiss ola bilməzdi. Rəşid Behbudov, Şövkət Ələkbərova kimi nəhənglər ilə səhnənin arxasında növbəmi gözləyirdim. Tək elə bu mənə yetirdi ki, həyəcandan heç nə düşünə bilməyim. Marqarita pizza

Əlbəttə ki, indiki gəncliyə hər şey asan başa gəlir. Əldə olunan o asanlıq nəyin bahasına oldu? Arada vicdanınızı silkələyin! Heç vaxt keçmişimdən utanmamışam, çünki deyəcəyim hər sözü belə düşünüb danışıram. O ki, qala uşaqlığımdan... Çirkin uşaqlığım olubsa, bu, mənim günahım deyil. Ezop demiş: “Şikayətiniz mənədir, yoxsa yaradanıma?!”

Sözügedən paylaşımı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!