Flora Kərimova Suraxanı sakinlərinin qonağı oldu   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Flora Kərimova Suraxanı sakinlərinin qonağı oldu - Fotolar

Mədəniyyət

13 Yanvar 2024 14:25 2879


Suraxanı rayonunda "Qonağımız var" layihəsi çərçivəsində respublikanın xalq artisti, estrada, muğam və opera müğənisi, aktrisa Flora Kərimova ilə görüş keçirilib. 

Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Jalə Əhmədova, şəhid anaları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. pizza sifarişi

Çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Jalə Əhmədova qeyd ediblər ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. 

Həmçinin, dəyərli sənətkarın həyat və fəaliyyəti haqqında məlumat verilib, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən , sənət yolundan bəhs edilib.

Xalq artisti çıxışında Azərbaycan bəstəkarlarının bir-birindən gözəl əsərlərini səsləndirib.

Görüşün sonunda Flora Kərimova  qonaqların suallarını cavablandırıb və xatirə şəkilləri çəkilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!