“Formula-1”: Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Formula-1”: Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar - Foto

İdman

30 Aprel 2023 17:20 995


“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Meksika və Avstriyanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhər Halqasının icraçı direktoru Maqsud Fərzullayev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi iştirak edib. pizza mizza

Onlar Bakı trekini ilk üç pillədə başa vuran pilotlara mükafatlarını təqdim ediblər.

Azərbaycan Qran-prisinin qalibi “Red Bull” komandasının sürücüsü Serxio Peres olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü yeri tutaraq, podiuma çıxıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!