“Formula-1” üzrə Azərbaycan Qran-prisi: Biletlərin satış vaxtı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

“Formula-1” üzrə Azərbaycan Qran-prisi: Biletlərin satış vaxtı açıqlandı

İdman

18 Fevral 2022 13:11 705


İyunun 10-12-də keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün biletlərin satışa çıxarılacağı vaxt açıqlanıb. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Yenisabah.az-a verilən məlumata görə, biletləri fevralın 22-dən etibarən satışa çıxarılacaq.

Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90 - 160 manat, üç günlük tribuna biletləri 280 - 970 manat, uşaqlar üçün (16 yaşadək) isə 190 - 690 manat aralığında dəyişir. Hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub. Pepperoni pizza

2020-ci ildə COVID-19 səbəbilə təxirə salınmış “Formula-1” Azərbaycan Qran-prisi zamanı alınmış biletlər hazırki yarış üçün keçərli olacaq.

Bu ilki yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!