Fransa Ermənistana “Bastion” zirehli texnikası verib - Hesabat

saytların hazırlanması

Evə çatdırılma

Fransa Ermənistana “Bastion” zirehli texnikası verib - Hesabat

Rəsmi

04 Dekabr 2023 16:47 1474


Fransa Ermənistana 50 "Bastion" zirehli texnikası tədarük edəcək.

Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, onlardan 24-ü artıq Ermənistana gətirilib.

BU barədə Fransa Senatının büdcəni mühafizə şöbəsinin hesabatında deyilir. Pepperoni pizza

Fransa Ermənistana "Arquus" şirkətinin istehsalı olan ümumən 50 "Bastion" zirehli texnikası tədarük edəcək. Artıq 24 zirehli maşın gətirilib, daha 26-sı sonradan gətiriləcək, hazırda onlar istehsal mərhələsindədir. Ermənistan da bu yaxınlarda satınalma ilə bağlı sifariş imzalayıb. GM 200 radarlarının alınması və MISTRAL 3 raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılır.

Hesabatda qeyd olunur ki, Paris Ermənistan hakimiyyətinin xüsusilə artilleriya aktivlərinin artırılması zərurəti ilə bağlı bütün müraciətlərinə operativ şəkildə cavab verməlidir və “Sezar" artilleriya sistemlərinin effektivliyini nəzərə alaraq onların təchizatını mümkün qədər tez öyrənməyi tövsiyə edir.

Xatırladaq ki, oktyabrın sonunda Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornu Parisdə keçirilən görüşdə əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən İrəvanın müdafiə sistemləri alması barədə danışıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!