Keçmiş fransalı hücumçu, bir dünya çempionatında vurulan qolların sayına görə rekordçu olan Jyust Fonten vəfat edib.
Yenisabah.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. Fonten martın 1-i səhər saatlarında 89 yaşında dünyasını dəyişib.
Fonten futbolçu karyerası ərzində Mərakeş “Kasablanka”sında, həmçinin Fransa “Nitsa”sında və “Reyms”ində çıxış edib. Onun oyunçu kimi nailiyyətləri Fransa çempionu (1956, 1958, 1960, 1962), Fransa kubokunun qalibi (1954, 1958), Fransa Superkubokunun qalibi (1958, 1960), Fransa çempionatının bombardiri (1958, 1960) adını qazanmaq olub. Marqarita pizza
Fonten Fransa millisinin heyətində 21 oyuna çıxıb, 30 qol vurub. 1958-ci il dünya çempionatında Fonten 13 qolun müəllifi olub. Bu da bir dünya çempionatında vurulan qol sayına görə mütləq rekorddur. Sabiq futbolçu həmin mundialda Fransa yığması ilə bürünc medala sahib çıxıb.
Telegram kanalımız