Fransa hökumətindən maraqlı addım

saytların hazırlanması

Evə çatdırılma

Fransa hökumətindən maraqlı addım

Dünya

04 Sentyabr 2019 18:51 998


Fransada ailə zorakılığına qarşı mübarizədə elektron qolbaqlardan istifadə ediləcək. 

“Yeni Sabah” “Report“a istinadən xəbər verir ki, bu barədə Fransanın ədliyyə naziri Nikol Belube məlumat verib. 

Onun sözlərinə görə, bu cür qolbaqlar qadınlara qarşı zorakılığa yol verən hazırkı və keçmiş həyat yoldaşlarına məcburi şəkildə taxılacaq. Qolbaq siqnal verməklə kişinin qadına yaxınlaşmasına imkan verməyəcək. Ölkəyə 5-6 milyon avroya başa gələcək qolbaqlar qadınlara qarşı zorakılığın qarşısının alınması tədbirlərindən biri kimi 2020-ci ildən etibarən tətbiq ediləcək. pizza sifarişi

Qeyd edək ki, hazırda Fransada bu qolbaqlar yalnız qadınlara qarşı zorakılığa yol vermiş məhkum kişilərə tətbiq olunur. 2018-ci ildə Fransada indiki və keçmiş həyat yoldaşları tərəfindən 149 qadın öldürülüb. Bu ilin 8 ayı ərzində isə eyni səbəbdən daha 101 qadın ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!