Fransa klubu “Qarabağ“ın səhvinə ümid edir

saytların hazırlanması

Evə çatdırılma

Fransa klubu “Qarabağ“ın səhvinə ümid edir

İdman

06 Noyabr 2022 12:05 1299


"Qarabağ"ın səhv addım atacağına ümid edirdik".

Yenisabah.az xəbər verir ki, bunu "köhlən atlar"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olmuş Fransanın "Nant" komandasının futbolçusu Mussa Sissoko klubun rəsmi saytına müsahibəsində deyib.

33 yaşlı yarımmüdafiəçi G qrupunu yaxşı pillədə başa vurmaq istədikləri və buna nail olduqlarını xatırladıb: "Frayburq" "Qarabağ"a qarşı sonadək oynadı və artıq öz işimizi görməli idik. Böyük sevinc yaşadıq. Ümid edirəm ki, bu, bizə daha çox inam verəcək". pizza hut

Fransalı təcrübəli oyunçu heyətdə gənclərin çoxluq təşkil etdiyini söyləyib: "Nailiyyətdən zövq alırıq. Şəhər uzun müddət klubun avrokuboklarda çıxışını gözləyib".

Qeyd edək ki, VI turda Almaniyanın "Frayburq" komandası ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi Avropa Liqası ilə vidalaşıb. Ölkə çempionu UEFA Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!