Fransa Livan əhalisinə yardım üçün 100 milyon avro ayıracaq.
Yenisabah.az BFM TV-yə istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib
Onun çıxış etdiyi konfrans Livan əhalisi üçün 370 milyon avro toplamaq məqsədi ilə təşkil edilib: pizza hut
"Livanlı ailələrə sığınacaq verməli, uşaqları yedizdirməli, yaralıları müalicə etməli və məktəblilərə təhsil verməliyik. Cənubi Livan sakinlərinin Beyruta və digər bölgələrə köçü yeni böhranlara səbəb olmammalıdır”.
Makronun sözlərinə görə, İsrailin Livandakı hücumları ucbatından 1,2 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Fransa prezidenti dərhal atəşkəsə nail olunmasının vacibliyini vurğulayıb.
Telegram kanalımız