Fransada koronavirusa yoluxmada rekord artım

saytların hazırlanması

Evə çatdırılma

Fransada koronavirusa yoluxmada rekord artım

Dünya

21 İyul 2021 08:49 791


Ötən 24 saat ərzində Fransada 18 min yeni yoluxma faktı aşkar olunub.

TASS xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran məlumat verib.

O, Fransa parlamentinin aşağı palatası olan Milli Məclisdə çıxışı zamanı millət vəkillərini pandemiya ilə bağlı cari vəziyyət barədə məlumatlandırıb. Toyuqlu pizza

Nazir bildirib ki, son 7 gün ərzində yeni yoluxma hallarının sayı 150% artıb. Veranın sözlərinə görə, bu, indiyədək qeydə alınmış ən yüksək həftəlik artım göstəricisidir.

Nazir əlavə edib ki, mövcud rəqəmlər Fransada COVID-19-un sürətlə yayıldığını sübut edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!