Fransada milli matəm elan edildi

saytların hazırlanması

Evə çatdırılma

Fransada milli matəm elan edildi

Dünya

20 Dekabr 2024 01:34 697


Hind okeanında Fransanın ərazisi olan Mayotta adasında qasırğa nəticəsində insan tələfatı ilə əlaqədar dekabrın 23-də ölkədə milli matəm günü elan edilib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq qərarı Fransa Prezidenti Emmanuel Makron adaya gəldikdən sonra bildirib.

Mayottada qasırğa dekabrın 14-də başlayıb, küləyin sürəti 55 m/s-dən çox olub. İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində 30-dan çox insan həlak olub, 1400 nəfər yaralanıb. pizza sifarişi

Eyni zamanda, səlahiyyətlilər, fırtınanın adanın 310 min sakininin təxminən 70%-nə ciddi təsir göstərdiyini qeyd edərək, itkilərin və ölənlərin faktiki sayının əhəmiyyətli dərəcədə arta biləcəyi barədə xəbərdarlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!