Fransada qaradərili futbolçular irqçi təzyiqlərə məruz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Fransada qaradərili futbolçular irqçi təzyiqlərə məruz qaldı

İdman

20 Dekabr 2022 00:58 932


Qaradərili fransız futbolçular Kinqsli Koman, Orelyen Çuameni və Randal Kolo-Muani dünya çempionatının finalında məğlub olduqdan sonra irqçi təzyiqlərə məruz qalıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Bildirilib ki, istifadəçilər oyunçuların sosial şəbəkələrində təhqiredici mesajlar yazmağa başlayıb və onların postlarının altında meymun və banan şəkilləri paylaşıblar. Sezar pizza

Bundan sonra Çuameni yazılara şərh vermək imkanını məhdudlaşdırıb, Kolo-Muani şərhləri bağlayıb. Koman isə heç bir reaksiya verməyib.

Qeyd edək ki, dekabrın 18-də Qətərdə keçirilən turnirin həlledici oyununda Fransa millisi Argentinaya məğlub olub. Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar hərəyə bir qol vurub. Penaltilər seriyasında Argentina daha güclü olub - 4:2.

Fransalı futbolçu Kolo-Muani əlavə vaxtda qol vurmaq imkanından yararlana bilməyib. Koman və Çuameni isə həlledici penaltilər seriyasında qeyri-dəqiq oynayıblar./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!