Fransız general: “Dünyada böyük qarşıdurmalar olacaq“

saytların hazırlanması

Evə çatdırılma

Fransız general: “Dünyada böyük qarşıdurmalar olacaq“

Dünya

22 May 2021 10:50 1194


“2030-cu ilə qədər dünyada münaqişə riskləri artacaq”.

Yenisabah.az xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Fransua Lekuantr bildirib.

O, 2030-cu ilədək qarşıdurma risklərinin artacağına əmindir və Soyuq müharibədən sonra daha böyük qarşıdurmaların olacağı fikrindədir. Marqarita pizza

Generalın sözlərinə görə, dünya ABŞ və Çin arasındakı rəqabətlə bağlı yeni siyasi nizamın qurulmasına doğru gedir. Bu yenidən bütün ölkələr tərəf seçmək məcburiyyətində qalacaq. “Birləşmiş Ştatlarla münasibətlərimizi şübhə altına almasaq da, Çinlə ABŞ arasında yarana biləcək mənasız qarşıdurmaya cəlb edilməməliyik”.

Fransua Lekuantrın rəyinə görə, Fransa və digər Avropa ölkələri strateji tərəfdaşlarına güvənərək balanslı bir mövqe tapmalıdır.

Generalın sözlərinə görə, hazırda Rusiya və Çin sualtı və kosmik sahələrdə Fransa üçün təhlükəli rəqibləri təmsil edirlər. “Biz danışıqlar aparmaq üçün yollar tapmalıyıq. Ancaq bu gün belə tənzimləmədən imtina mərhələsindəyik. Bu qarşıdurma təhlükəlidir.

Baş Qərargah rəisi bildirib: “Rəqabət Fransanın öz maraqlarının olduğu bölgələri təsir edir. Bu gün Afrikada Rusiya, Türkiyə və ya Çinin varlığı həyəcanvericidir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!