“Frayburq“un baş məşqçisi: “Qarabağ“la matçda kimlərin oynayacağını demək istəmirəm“

saytların hazırlanması

Evə çatdırılma

“Frayburq“un baş məşqçisi: “Qarabağ“la matçda kimlərin oynayacağını demək istəmirəm“

İdman

02 Noyabr 2022 12:04 911


"Hələ kimin oynaması barədə heç nə demək istəmirəm". 

"Report"un məlumatına görə, bunu Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis hər bir oyunçuya bu görüşdə şans verə biləcəyini söyləyib: "Qapıçı mövqeyində də dəyişiklik ola bilər". pizza hut

Ştrayx bəzi itkilərinin olduğunu sözlərinə əlavə edib: "Manuel Qulde və Jonatan Şmid Bakıya getməyəcək".

Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!