FT: Əsədin xanımı Moskvada müalicə olunur

saytların hazırlanması

Evə çatdırılma

FT: Əsədin xanımı Moskvada müalicə olunur

Dünya

21 Dekabr 2024 10:52 345


Bəşər Əsədin xanımı Əsma Əsəd qan xərçənginin residivindən Moskvada müalicəyə başlayıb.

Yenisabah.az “Financial Times”a istinadla xəbər verir ki, o, ərinin vətənini tərk etməsindən bir neçə həftə əvvəl Moskvaya gəlib.

Bundan əlavə, Əsma Əsədin valideynləri Rusiya paytaxtındadırlar. Əsədlərin Əbu-Dabidəki Sorbonn Universiteti filialında oxuyan qızı Zain də Moskvaya gəlib. Toyuqlu pizza

Bu il Suriyanın keçmiş birinci xanımına kəskin miyeloid leykoz diaqnozu qoyulub, 2019-cu ildə isə Əsma Əsədin döşündəki bədxassəli şişi götürülüb. Sonralar o, sağaldığını elan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!