Fuad Bağırov federasiya prezidenti seçildi

saytların hazırlanması

Evə çatdırılma

Fuad Bağırov federasiya prezidenti seçildi

İdman

30 May 2025 19:31 806


Azərbaycan Motosiklet İdman Federasiyasına yeni prezident seçilib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, mayın 30-da Motosiklet İdman Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə keçirilən seçki nəticəsində Fuad Bağırov federasiyanın yeni prezidenti olub.

Eyni zamanda, Sabir Babayev I vitse-prezident, Emil Quliyev vitse-prezident, Azər Əliyev və Rüfət Dadaşov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər. pizza hut

Seçkidən sonra çıxış edən Fuad Bağırov göstərilən etimada görə təşəkkür edib və motosiklet idmanının inkişafı üçün bütün imkanlarını səfərbər edəcəyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!