Fuad Nağıyevə qarşı ittihamlar: “Hər şeyi ermənilərə verdilər, pula satdılar”

saytların hazırlanması

Evə çatdırılma

Fuad Nağıyevə qarşı ittihamlar: “Hər şeyi ermənilərə verdilər, pula satdılar”

Sosial

09 Mart 2025 11:00 581


"Mənə qarşı  olanların eybi yoxdur. Bu 3 ildə milli mətbəximizə elə zərbə vurdular ki, 30 ilə çətin düzələ. Hər şeyi ermənilərə verdilər. Bəla bundadır". 

Yenisabah.az xəbər verir ki, bunu "Facebook" hesabında Milli Kulinariya Mərkəzinin keçmiş rəhbəri Tahir Əmiraslanov yazıb.

O, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirmiş kulinar Stalik Xankişiyevin postuna bu cür münasibət bildirib. pizza hut

Xatırladaq ki, Xankişiyev həmkarına qarşı ədalətsiz münasibətdən, hətta Şuşa festivalından qovulmasından şikayətlənərək Fuad Nağıyevi "küncə dirəyib".

"Mətbəxi qorumaq, təbliğ etmək, inkişaf etdirmək üçün ayrılan pulları mətbəximizin əleyhinə yönəltdilər.

Prezidentin etimadının, etibarının ən böyük şərəf və məsuliyyət olduğunu unutdular. Bunları pula satdılar.

Bu çox  ağrıdıcıdır. Təəssüf edirəm!" - deyə Tahir Əmiraslanov həmkarına dəstək verib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!