"Latsio"nun baş məşqçisi Maurisio Sarri komandanın oyun qrafikini tənqid edib.
Yenisabah.az xəbər verir ki, bu barədə "Sky Sport İtalia"ya açıqlamasında deyib: "İki həftə ərzində məhdud sayda oyunçu ilə çalışdıq. Komandanın vəziyyətini qiymətləndirmək çətindir. Təəssüf ki, müasir futbol belədir.
Hər dəfə 19 gündə yeddi matç oynayırıq. Futbolçular "Latsio"dan daha çox milli komandalar üçün məşq edir. Qarşılaşmalardan 4-5 gün əvvəl məşq etmək imkanımız yoxdur. Bu, artıq idman deyil, daha çox pul qazanmağa çalışdıqları şoudur. Mən qoca adamam, buna görə də fərqli bir futbola alışmışam". pizza sifarişi
Telegram kanalımız