Futbol hakimləri üçün danışılmış oyunlarla bağlı seminar keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Futbol hakimləri üçün danışılmış oyunlarla bağlı seminar keçirildi - Fotolar

İdman

23 Avqust 2022 20:15 1338


Bu gün Bakı Olimpiya Stadionunda futbol üzrə Azərbaycan Premyer Liqasına və Birinci Divizion oyunlarına təyinat alan hakimlər üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.

Yenisabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda danışılmış oyunlara qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Marqarita pizza

Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!