“Futbolçularda yorğunluq hiss olunur” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Futbolçularda yorğunluq hiss olunur” - Qurban Qurbanov

İdman

06 Noyabr 2022 22:26 1303


"Əsas futbolçular istirahət etsin, biz birtəhər yoluna qoyarıq. Yorğunluq, gərginlik olur".

Yenisabah.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını bildirib: "Matç gərgin keçdi. Futbolçular sonadək ayaq üstə dayana bildilər, qələbə üçün çalışdılar. Tərlan Əhmədov maraqlı komanda formalaşdırıb. Öz oyun üslubu var, rəqibdən çəkinmirlər. Onlara uğurlar arzulayıram, futbolçularımı təbrik edirəm". pizza

Baş məşqçi hakimlik haqqında danışmaq istəməyib. Qurbanov istirahətə vaxtlarının olmadığını sözlərinə əlavə edib: "Əsas futbolçular istirahət etsin, biz birtəhər yoluna qoyarıq. Yorğunluq, gərginlik olur. Məşqçi yorğunluğu tam başqadır. Düşüncələr də çoxdur. Yazılar, müsahibələr oxuyuram, diskussiyalar olur. Mənim üçün xoşdur. Təki belə yorğunluq olsun və hər şey yaxşılığa doğru getsin. Azarkeşin razı qalması, komandanın yaxşı oynaması mənim istirahətimdir".

Mütəxəssis XIV turda "Sabah"la görüşə toxunub: "Çox istərdim ki, hər iki komanda ən yaxşı formasında olsun və baxımlı, sürətli oyun alınsın. Ən gərgin və vacib dönəmdəyik. Oyunlar nə qədər yorursa, səfərlər daha ağırdır. Tovuz səfəri də asan deyil. Dözməliyik. Futbolçular bunu qəbul etməlidirlər. İstəklərimizdən əl çəkməyəcəyik. Narahatlığım var. Çalışıb, düzgün qərar verməyə çalışacağıq"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!