Azərbaycanlı futbolçu Nurlan Novruzov karyerasını Moldovada davam edəcək.
“Yeni Sabah” xəbər verir ki, 26 yaşlı hücumçu Moldovanın yüksək liqa təmsilçisi "Dinamo-Avto" ilə anlaşıb. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.
Qeyd edək ki, N. Novruzov "Bakı", "Sumqayıt", "Zirə", "Səbail"də oynayıb. O, son olaraq Türkiyənin "Dersim 62 Spor" klubunda çıxış edib. N.Novruzov 2014/2015 mövsümündə "Bakı"nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub. Dominos pizza
Telegram kanalımız