Füzulidə həkim səhlənkarlığı: 9 yaşlı uşaq əməliyyatın qurbanı oldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə həkim səhlənkarlığı: 9 yaşlı uşaq əməliyyatın qurbanı oldu - Video

Hadisə

29 Noyabr 2024 21:59 1178


Beyləqanın Kəbirli kənd sakini Orxan Vəliyev 9 yaşlı oğlunun həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir. O, övladını sünnət əməliyyatı etdirmək üçün Füzuli Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ancaq əməliyyat nəticəsində uşaqda ciddi xəsarət yaranıb.

Orxan Vəliyev iddia edir ki, həkim məsuliyyəti boynundan atır:

"Noyabrın 14-də oğlumu Əhəd həkimin yanına apardım və o, sünnət əməliyyatını həyata keçirdi. Səhəri gün uşağın qanaxması oldu. Həkimə zəng vurduq, dedi ki, narahat olmayın, keçib gedəcək, bu, adi haldır. Lakin oğlum əziyyət çəkirdi. Evdə baxarkən gördük ki, həkim uşağın cinsiyyət orqanını deşib. Yenidən Əhəd həkimin yanına getdim, o isə bunu inkar edərək dedi ki, bu, anadangəlmə qüsurdur. Uşağı Bakıya apardım, dörd müxtəlif cərrah baxdı və onların hamısı bunun həkim səhvi olduğunu söylədilər. Əhəd həkim əməliyyatı lazerlə edəcəyini desə də, əslində lazer istifadə olunmayıb". Pepperoni pizza

Orxan Vəliyev hadisə ilə bağlı Füzuli Rayon Polis Şöbəsinə şikayət etdiyini bildirib.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!