Gecə klubunda başına beton düşən model danışdı

saytların hazırlanması

Evə çatdırılma

Gecə klubunda başına beton düşən model danışdı

Şou

04 Aprel 2022 23:10 603


Türkiyədə yayımlanan məşhur "İşte benim stilim” proqramının üçüncü sezon iştirakçısı, azərbaycanlı model Təranə Rzayeva (Merlin Təranə) gecə klubunda baş verən hadisədən danışıb.

Yenisabah.az xəbər verir ki, model bildirib ki, onun həyatını tanımadığı bir nəfər xilas edib:

"Rəfiqələrimlə idim. Qəfil partlayış səsi gəldi, hər yer silkələndi. Qışqırıq səslərindən vahiməyə düşdüm. Sonra klubun beton dirəyi üstümə aşdı. Gördüm ki, saçlarım yanır. Tanımadığım bir oğlan məni xilas etməsə yanıb öləcəkdim". pizza hut

O həmçinin rəfiqəsi Ayselə (bloger Aysel Şükürova) görə stres keçirdiyini bildirib:

"Ayselə görə çox stres keçirdim. Elə bildim qalıb içəridə. Birinci məni xəstəxanaya gətirdilər. Onunla xəstəxanada görüşdüm, çox sevindim onu görəndə. O da elə bilib mən içəridə qalıb ölmüşəm".

Model səhhətindən də söz açıb:

"Hazırda nisbətən yaxşıyam. Çantam, əşyalarım, pulum orada yandı, telefonum partladı. İndi xəstəxanadayam"./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!