Gecə saat 1-də yaşlı qadının evinə girib... – Bərdədə hadisə

saytların hazırlanması

Evə çatdırılma

Gecə saat 1-də yaşlı qadının evinə girib... – Bərdədə hadisə

Kriminal

31 Avqust 2022 15:51 1073


Bərdə Rayon Məhkəməsində yaşlı qadının evinə girərək ondan pul tələb edən 1991-ci il təvəllüdlü Firudin Abbasova hökm oxunub.

“Yeni Sabah” xəbər verir ki, hadisə 2021-ci il aprelin 16-sı baş verib.

Araşdırmalar zamanı məlum olub ki, Firudin Abbasov aprelin 16-da spirtli içki qəbul edərək gecə saatlarında həyat yoldaşı ilə mübahisə edib və evdə qalmamaq qərarına gəlib. O evində tək yaşayan Xalidə Məlikzadənin evinin həyət qapısının açıq olduğunu görüb oradan həyətə daxil olub. Daha sonra evinin giriş qapısının açıq olduğunu bilib Xalidə yaşlı və eşitmə qabiliyyəti zəif olduğundan onu səsləməyərək evinə daxil olub. O evində Xalidədən pul tələb edib və verməyəcəyi təqdirdə onu ödürməklə hədələyib.  Marqarita pizza

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Firudin özünü təqsirli bilməyərək deyib ki, o, əvvəllər Xalidənin yaşadığı evinin həyətyanı sahəsində olan kol- kosları təmizləyib. Buna görə də, Xalidəni özünə yaxın bir şəxs kimi görüb və məhz həmin evə getməyə qərar verib: “Məni görən kimi dərhal uzandığı yerdən qalxaraq kim olduğumu soruşdu. Mən də “ həmişə gəlib sənin evinin həyətini biçən oğlanam“ dedim və qalmağa yer istədim. Təxminən yarım saat uzandıqdan sonra qəflətən qışqıraraq səs- küy salmağa, qonşuluğunda olan Şıxəlini çağırmağa başladı”. 

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Xalidə Məlikzadə bildirib ki, gecə saat 1 radələrində tanımadığı  şəxs evinə daxil olub və ondan pul tələb edib: “Mənə adını deməsə də “Xalidə xala pul ver” dedi. Ona pul olmadığını dedikdə evi axtarmağa başladı. Heç nə tapa bilməyib əlinin uzadaraq məni ölümlə hədələdi. Mənə zədə yetirəcəyini düşünərək qonşuları səslədim”.

Firudin Abbasov Cinayət Məcəlləsinin 157.1-ci (mənzil toxunulmazlığını pozma) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə onun barəsində 1 il müddətinə islah işləri cəzası təyin edilib.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!