Gədəbəy rayonunun Moruxlu kəndində evdən ər və arvadın meyitləri aşkarlanıb.
Yenisabah.az xəbər verir ki, onların 1959-cu il təvəllüdlü Əliyev Oktay Həsən oğlu və 1962-ci il təvəllüdlü arvadı Məmmədova Məryam İlyaz qızının qazdan boğulduğu ehtimal edilir.
Yataq otağında qaz sobası işlək vəziyyətdə olub. Marqarita pizza
Oktay Əliyevin meyitinin bədən səthində xəsarət və ya xəsarət izi aşkar edilməyib, Məryam Məmmədovanın meyitinin bədən səthində isə yanıq sahəsi aşkarlanıb.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız