“Mən həmişə qorxurdum ki, biz özümüzdən sonrakı nəsillərə Qarabağ problemini miras qoyub gedək. Bundan həmişə narahat idim ki, gələcək nəsillərin çiyinlərinə bu qədər ağır bir yükü verib bu dünyadan gedə bilərik. Şükürlər olsun ki, Müzəffər Ordumuz, şəhid və qazilərimiz sayəsində biz Qarabağ problemini həll etdik. Gələcək nəsillər bu cür ağır bir problemdən xilas oldu”.
Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib
Onun sözlərinə görə, amma digər sahələrdə, xüsusilə gündəlik həyatımızda, ictimai davranışımızda, mənəvi-mədəni dünyamızda gələcək nəsillər üçün xeyli problemlər yığıb saxlamışıq: “Həmin problemlər bizə özümüzdən əvvəlki nəsildən qalıb. Təəssüflər olsun ki, bizdən sonrakı nəsillər bu cür pis ənənələrlə üzləşməli olacaq. Bunlar yaltaqlıq, qorxaqlıq, riyakarlıq, ikiüzlülük, kasıbı əzmək və varlıya yaltaqlanmaq kimi neqativ xüsusiyyətlərdir. Bu gün də bu hallar aradan qalxmayıb. Çox təəssüf edirəm. Ümid edirəm ki, gələcək nəsillər bizdən daha ağıllı olacaq”.
Telegram kanalımız