Gəlin qayınanasının ad günü hədiyyəsi ilə milyonçu oldu

saytların hazırlanması

Evə çatdırılma

Gəlin qayınanasının ad günü hədiyyəsi ilə milyonçu oldu

Dünya

05 Dekabr 2024 11:11 416


Avstraliyanın cənubundakı Moonta şəhərində yaşayan qadın heç gözləmədiyi şəkildə milyonçu olub.

Yenisabah.az news24.az-a istinadən xəbər verir ki, ad günündə qayınana və qayınatasından aldığı hədiyyə ona 2,3 milyon avro qazandırıb.

“New York Post” qəzetindəki xəbərə görə, qadın bütün günü bayırda gününü qeyd edib, evə qayıtdıqdan bir neçə gün sonra hədiyyələrini açmağa qərar verəndə anlayıb ki, lotereya bileti üç gündür poçt qutusunda qalıb. Dominos pizza

O, bileti yoxlamaq üçün lotereya ofisinə gedəndə həyatının şokunu yaşayıb. Əvvəlcə o, cəmi 20 avro qazandığını düşünsə də, cekpotun düz 2,3 milyon avro olduğunu görüb. Uduşlu bilet onun üçün unudulmaz ad günü hədiyyəsi olub.

Qəzet qadının adını açıqlamayıb. Qadı, “Belə böyük bir mükafat qazandığıma inana bilmədim. Bu, aldığım ən böyük hədiyyədir” deyərək, hisslərini bölüşüb.

Moontadan olan qadın qazandıqlarını necə xərcləyəcəyi ilə bağlı heç bir məlumat paylaşmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!