Gəncədə üçgünlük körpə ölüb.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə Gəncə şəhər Regional Perinatal Mərkəzində baş verib.
Qazax rayonu Çaylı kənd sakini, 1987-ci il təvəllüdlü X.R. yanvarın 12-də mərkəzdə qeysəriyyə yolu ilə körpə dünyaya gətirib.
Körpəyə tənəffüs pozğunluğu və beyin mədəciklərinə daxili qansızma diaqnozu qoyulub.
O, yanvarın 15-də həmin mərkəzdə vəfat edib.
Telegram kanalımız