Gəncədə 17 yaşlı oğlanı bıçaqlayaraq öldürdülər

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə 17 yaşlı oğlanı bıçaqlayaraq öldürdülər

Kriminal

20 Sentyabr 2022 15:02 1001


Sentaybrın 20-i saat 06 radələrində 2005-ci il təvəllüdlü Həsən Novruzovun aldığı xəsarətdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Gəncə şəhər prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Azər Mövsümovun sentyabrın 19-u saat 23 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Həsən Novruzova xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. pizza mizza

Azər Mövsümov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!