Gəncədə 2 nəfəri ildırım vurdu

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə 2 nəfəri ildırım vurdu

Hadisə

27 İyul 2021 20:30 1299


Gəncə şəhərində 2 nəfəri ildırım vurub.

Yenisabah.az xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Sezar pizza

Daha bir hadisə isə Cavadxan küçəsində baş verib, 1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub. O, xəstəxanaya yerləşdirilib və hazırda koma vəziyyətindədir.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir və güclü ildırım çaxır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!