Gəncədə çəkilən foto Türkiyədə “İlin media fotosu” seçildi -   Video

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə çəkilən foto Türkiyədə “İlin media fotosu” seçildi - Video

Mədəniyyət

16 Aprel 2021 15:48 1103


Türkiyədə media sahəsində ən məşhur mükafatlardan olan “İlin media fotosu” müsabiqəsinin qalibi məlum olub.

Yenisabah.az xəbər verir ki, Ermənistanın Gəncəni bombalaması zamanı yaxın qohumunun ölümü xəbərini alan qadının fotosu “İlin media fotosu” mükafatına layiq görülüb.

Fotonu Türkiyənin “Sabah” qəzetinin əməkdaşı Uğur Yıldırım çəkib. Bundan başqa, onun İkinci Qarabağ müharibəsi zamanı çəkdiyi fotolar fotoreportaj kateqoriyasında “İlin fotoreportajı ikincisi”, Şuşanın işğaldan azad olunmasından sonra insanların keçirdiyi sevinc hisslərinin əks olunduğu foto isə “Xarici türklər özəl mükafatı”na layiq görülüb. (Report) pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!