Gəncədə ər yoldaşını telefonuna baxdığına görə döydü, həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə ər yoldaşını telefonuna baxdığına görə döydü, həbs olundu

Hadisə

22 İyun 2023 22:19 812


Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa yüngül zərər vurma) təqsirləndirilən T.Qurbanova hökm oxunub.

“Qafqazinfo”nun məlumatına görə, 1993-cü il təvəllüdlü T. Qurbanov həmin maddə üzrə 2 ay azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs gecə saatlarında sərxoş vəziyyətdə evə gələrkən həyat yoldaşı Gülnar (şərti) ilə aralarında mübahisə yaranıb.  pizza

Belə ki, Gülnar icazəsiz ərinin telefonunda sosial şəbəkəyə daxil olub qardaşının şəkillərini götürəcəyini deyib. Kişi isə buna görə onunla mübahisə edib. Mübahisə zamanı əl zərbələri ilə Gülnarın baş və əl nahiyələrinə vuraraq döyüb.

Qeyd edək ki, hadisədən sonra onlar barışıblar. Gülnar yoldaşından şikayətçi olmayıb. Məhkəmə həmin şəxsin öz əməlini etiraf etməsini, peşman olmasını, eyni zamanda himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!