Gəncə şəhərinin Şah İsmayl Xətai prospektində yanğın hadisəsi qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə həmin ünvanda yerləşən Azərbaycan Metrologiya İnstitutu Publik Hüquqi Şəxs Qərb Regional Ərazi İdarəsinin binasında baş verib.
Hadisə yerinə dərhal FHN-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Toyuqlu pizza
İlkin ehtimala görə, yanğına səbəb elektrik naqilərində baş verən qısaqapanma olub.
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız